Azərbaycanda ulduz almış hotellərin sayı açıqlanıb

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycanda ulduz alan hotellərin sayı 21-ə çatıb.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Azərbaycan Hotel Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, proses davamlı olaraq aparılır və hotellər təsnifatlandırılır.


Hazırda 14 hotel 5, 6 hotel 4, 1-i isə 3 ulduzludur.

Qeyd edək ki, “Turizm haqqında” qanuna görə ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərən hotellər cərimələnəcək. Qanun qüvvəyə mindiyi tarixdən etibarən isə 6 ay ərzində bütün hotellər təsnifatdan keçməlidir.

Teqlər: