Xəbər - Elçin Mehdiyev – Trend:
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 39 milyard 915,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal olunub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,1 faiz artıb.
ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərr üfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçıl ıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,0faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.Ə
halinin hər nəfərinə düşən ÜDM 3987,6 manata bərabər olub.