2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard
554,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə
7,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, iqtisadiyyatın neft-qaz
sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 11,4
faiz artıb.
ÜDM istehsalının 54,8 faizi sənaye, 7,7 faizi ticarət; nəqliyyat
vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0
faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq, 1,4 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin
yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,5 faizi digər
sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in
7,9 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3938,4 manata bərabər olub.