“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının 2022-ci ildə artım proqnozunu daha əvvəl gözlənilən 2,7%-dən 3,5%-ə qədər yaxşılaşdırıb.
AzerTimes xəbər verir ki, bu barədə agentliyin press relizində deyilib.
Məlumata əsasən, Azərbaycanın 2023-2025-ci illər üçün ÜDM artımı proqnozları yanvar ayından bəri dəyişməz qalıb. 2023-2024-cü illərdə bu rəqəm 1,5%, 2025-ci ildə 1% təşkil edəcək.
Agentliyin proqnozlarına görə, 2023-2025-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımı təxminən 1,3% təşkil edəcək.
S&P 2022-ci il üçün Azərbaycanın nominal ÜDM-ni 72 milyard dollar (yanvarda – 61 milyard dollar), 2023-cü ildə 69 milyard dollar (60 milyard dollar), 2024-cü ildə 61 milyard dollar (58 milyard dollar), 2025-ci ildə 64 milyard dollar (61 milyard dollar) səviyyəsində proqnozlaşdırır.