Azərbaycanda “TURKOVAC”ın sınaqlarının keçirilməsi ilə bağlı sənədlərə qısa zamanda baxılacaq – Nazirlik

Xəbər - Çingiz Səfərli – Trend:

Türkiyə Respublikasının diplomatik müraciəti əsasında Azərbaycan Respublikasının səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Türkiyə Səhiyyə İnstitutunun və Vaksin İnstitutunun direktorlarını qəbul edib.

Bu barədə AzerTimes-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Görüşdə qardaş ölkənin nümayəndələri Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndinin 3-cü faza kilinik sınaqlarının aparılmasına respublikamızın da qoşulmasını təklif ediblər.


Öz növbəsində səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycanda “TURKOVAC”ın 3-cü klinik sınaq mərhələsinin keçirilməsi ilə bağlı təqdim edilən sənədlərə tez bir zamanda baxılacağını bildirib.

Görüşdə sözügedən məsələlər ilə əlaqədar fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib.

Teqlər: