Xəbər - Humay Ağacanova – Trend:
Koronavirus əleyhinə buster doza alan, iki doza inaktiv vaksin
olunan şəxslər könüllü olaraq müəyyən ediləcək.
Trend-in məlumatına görə, bunu Bakı Sağlamlıq Mərkəzinin icraçı
direktoru Asiman Həsənov deyib.
O qeyd edib ki, kliniki sınaqlarda təxminən 15 aylıq bir dövr
var.
“Könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin anda
COVID-19 olub-olmamaları, digər ciddi xəstəliklərin mövcudluğu
araşdırılacaq. Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya
uyğunluğu protokollaşdırıldıqdan sonra həmin könüllülərin buster
doza formasında kliniki sınağı aparılacaq”, – deyə o bildirib.