2021-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana sement ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz azalaraq 1,986 milyon dollar təşkil edib.
Bu barədə AzerTimes-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyənin dünya bazarlarına sement ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 279,256 milyard dollara bərabər olub.
2021-ci ilin yanvar ayında Türkiyənin sement ixracı ümumi ixracın 2,1 faizini təşkil edib.
Son 12 ay ərzində (yanvar 2020-ci il – yanvar 2021-ci il) Türkiyə 3,749 milyard dollar məbləğində sement ixrac edib.