Azərbaycanda türkdilli dövlətlərin 5-ci Beynəlxalq gənclər düşərgəsi keçiriləcək

Azərbaycanda türkdilli dövlətlərin 5-ci Beynəlxalq gənclər düşərgəsi və İdman könüllülərinin zirvə görüşü keçiriləcək.

Trend bu barədə Türk Şurasına istinadən məlumat verir.

Bu qərar Türk Şurası üzv ölkələrinin idman və gənclər məsələləri üzrə nazirlərinin Daşkənddə keçirilmiş iclası zamanı qəbul olunub.

Özbəkistanın Gənclərin işləri üzrə Agentliyinin direktoru Alişer Sadullayev və Türk Şurasının baş katibi Bağdad Amreyevin təşkil etdiyi iclasda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Qazaxıstanın informasiya və sosial inkişaf naziri Aida Balayeva, Türkiyənin gənclər və idman naziri Mehmet Məhərrəm Kasapoğlu, Qırğızıstanın Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzdə Dövlət Agentliyinin direktor müavini Soyuzbek Nadırov və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin İdman Diplomatiyası departamentinin baş direktoru İştvan İqloi-Nad iştirak edib.

İclasın yekununda tərəflər 2-ci Gənclər platforması baş assambleyasının, 4-cü Beynəlxalq gənclər festivalının və 2-ci Türk universiadasının Qazaxıstanda, 5-ci Beynəlxalq gənclər düşərgəsi və İdman könüllülülərinin zirvə görüşünün Azərbaycanda, 4-cü Beynəlxalq gənclər düşərgəsinin Özbəkistanda, 4-cü Köçərilərin ümumdünya oyunlarının Türkiyədə keçirilməsi qərara alınıb

Bununla yanaşı, iştirakçılar “Türk Şurası çərçivəsində gənc işçilərin çoxtərəfli və ikitərəfli mübadiləsi proqramları üzrə əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: