Aprel ayında tur paketlər bahalaşıb.
AzerTimes “Xəzər Xəbər”ə istinadən məlumatına görə, hazırda bu sahədə tələb təklifi üstələyir.
İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaət etmiş olub. Çünki həmin tur paketi indi almaq təxminən 300-400 dollar itirmək deməkdir. Növbəti aylarda fərq daha çox olacaq.
Ən çox təlabat hər il olduğu kimi yenə də Türkiyəyədir. Bu il bu istiqamət üzrə qiymətlər tez, həmçinin də çox artıb. Səbəb Rusiya-Ukrayna müharibəsi fonunda rusların Türkiyəyə daha çox maraq göstərməsidir.
Hazırda qiymət artımı təxminən 25-30%-dir. Növbəti aydan etibarən isə bu artım daha çox olacaq.