Azərbaycanda toyda qonaq öldürüldü

Azərbaycanda toyda qonaq öldürüldü

Qusarda toy yasa çevrilib.

Qətl hadisəsi iyulun 5-də Qusarın Xürel kəndində keçirilən toy mərasimində baş verib.

46 yaşlı İlqar Aydəmir oğlu Ulubəyov həmkəndlisi, 35 yaşlı Ramik Adil oğlu Aydabəyovla yeyib-içərkən sözləri çəp gəlib. Ramik Aydabəyov stolun üstündəki şüşə butulkasını əvvəlcə sındırıb və sonra onun bir hissəsini İlqar Ulubəyovun baş nahiyəsinə vurub. Boyun nahiyəsində şah, yuxu damarından xəsarət alan İlqar Ulubəyov dərhal ətrafdakıların köməyilə saat 20 radələrində Qusar rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin xəstəxanaya çatmamış o yolda qanaxmadan ölüb.

Mərhumun meyidi Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar şöbəsinə gətirilib. Tibbi müayinə edildikdən sonra toya gəlib, ölüm xəbəri çıxan İlqar Ulubəyovun meyidi ailəsinə təhvil verilib.

Qusarın hüquq-mühafizə orqanlarından əldə etdyimiz məlumata görə, hadisə zamanı ölən də, öldürən də sərxoş olublar. İçkinin həddən artıq qəbul edilməsi toya gələnlərin birinin yolunu həbsxanadan, digərininkini isə qəbristanlıqdan salıb.

Qusar polisinin isti izlərlə saxladığı Ramik Aydabəyov törətdiyi əməli etiraf edib. Qusar prokurorluğunda Ramik Aydəbəyov barəsində qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.