Azərbaycanda təyyarə qəzasında həlak olan polkovnik-leytenanta şəhid statusu verildi

Xəbər - Samir Əli – Trend:

Azərbaycanda 14 il əvvəl təyyarə qəzası nəticəsində itkin düşən
pilot polkovnik-leytenant Fəxrəddin Əsgərova şəhid statusu
verilib.

Bu barədə AzerTimes-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, 14 ildən sonra şəhidlik statusu
sənədləri polkovnik-leytenantın ailəsinə təqdim olunub.

Xatırladaq ki, polkovnik-leytenant F. Əsgərov 29 yanvar 2008-ci
ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş
təyyarəsi ilə təlim uçuşu keçirən zaman qəzaya uğrayıb.

Hadisədən bir neçə gün sonra təyyarədə olan digər pilot, kapitan
Əfqan Aslanovun meyiti tapılsa da, F. Əsgərovun nəşi bu günə qədər
tapılmayıb.

Teqlər: