“Teknofest” 4 ildir Türkiyədə keçirilir və bu festivalı ölkə
hüdudlarından kənarda ilk dəfə qardaş Azərbaycanda keçirilir.
Bunu AzerTimes-a özəl açıqlamasında Baykar Savunma” şirkətinin
rəhbəri, “Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və
İdarə Heyətinin sədri Haluk Bayraktar bildirib.
Onun sözlərinə görə, Azərbaycanda olan gənclərin yeni nəsil
texnologiyalarla tanış olması, texnologiya sahəsinin inkişafı üçün
bu festival önəmli yer tutur.
“Azərbaycanda texnologiyanın inkişafı, gənclərdə bu sahəyə
marağı artırmaq üçün əlimizdən gələni edəcəyik. SİHA-larımız
hazırda da buradadır.Lakin bizim bu texnologiyaları daha da inkişaf
etdirəcək kadrlara ehtiyacımız var. Onlarda da ancaq bu cür
festivallarda maraq oyanır, xəyal qura bilirlər. Bu səbəbdən “Teknofest” hər iki ölkədə texnologiyanın inkişafı, bu sahədə
gələcək kadrların yetişməsi üçün mühim rol oynayır” – deyə H.
Bayraktar bildirib.