Azərbaycanda təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin I yarımilliyi ərzində Azərbaycan ərazisində 6660 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2020-ci ilin I yarımilliyi ilə müqayisədə 1613 hadisə və ya 19% azdır.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 129 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 31 nəfər xilas edilib, 296 nəfər təxliyə olunub.


Teqlər: