Azərbaycanda taxtanın qiyməti artıb

Rusiya Ukrayna arasında baş verən hadisələr Azərbaycanın tikinti
sektoruna da öz təsirini göstərir. Tikinti bazarında əsas mallardan
biri hesab edilən taxtanın qiyməti bahalaşıb. Taxta satışı ilə
məşğul olan sahibkarlar da qiymət artımını təsdiqləyir. Belə ki,
müharibədən əvvəl taxtanın kubu 450 manat idi. Hazırda isə 30 manat
artaraq 480 manat olub:

“Müharibə davam etdiyinə görə taxta bazarına material
əvvəlkindən az gəlir. Gələn vaqonlara doldurulmuş taxtalar da
əsasən müharibədən əvvəl yüklənmiş materiallardır”, – deyə
sahibkarlar bildirirlər.

Məsələ ilə bağlı Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil
Osmanlı bildirib ki, tikinti materiallarının qiymətinin artmasının
əsas səbəbi rublun dəyər itirməsinə görədir.

“Rusiyada tikinti materiallarının satışı ilə məşğul olan
sahibkarlar rublun məzənnəsinin düşməsinə görə ehtiyatlı
davranırlar. Buna görə də ixracı azaldırlar. Belə olduğu təqdirdə
ölkəmizin də bundan zərər çəkməsi qaçılmaz olur. İdxalın azalması
fonunda tələbin yüksək olması qiymətlərin artmasına səbəb olur.
Taxtadan başqa dam örtükləri, döşəmə örtükləri, dəmir və dəmir
məmulatları, armaturun qiymətləri də artacaq” – deyə ekspert
bildirib.

Twitter:@FaridZohrabov

Teqlər: