Bu gün Azərbaycanda ölkə parlamentinə seçkilər keçirilir. Bu, tarixi seçkidir, çünki ilk dəfə olaraq bütün ölkə üzrə, o cümlədən Qarabağda, eləcə də Qarabağın ətrafında olan və Ermənistan tərəfindən işğal edilmiş, etnik təmizləməyə məruz qalmış və 30 il ərzində boş qalan 7 rayonda parlamentə seçkilər olacaq.
AzerTimes xəbər verir ki, bu sözləri tanınmış rusiyalı politoloq Sergey Markov qeyd edib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi siyasi koalisiyanın seçkilərdə qalib gələcəyinə az adamın şübhəsi var:
“Çünki İlham Əliyev bütün Qarabağın və Qarabağ ətrafındakı 7 rayonun işğaldan azad edilməsini təşkil etməyi bacardığına görə Azərbaycanın əsl Milli Qəhrəmanına çevrilib.
AB və ABŞ həqiqətən də hansısa “rəngli inqilab” və iğtişaşlar təşkil etmək istərdi, lakin Azərbaycanın buna imkan verməyəcəyinə şübhə yoxdur.
Bu seçkilərdə AŞPA-dan müşahidəçilərdən ibarət nümayəndə heyəti olmayacaq, çünki Azərbaycan onlara bunu qadağan edib. Amma Azərbaycana dost olan Rusiyadan çoxlu müşahidəçilər olacaq”.