Xəbər - Samir Əli – Trend:
Azərbaycanda tapılan ”Delta” ştammı 104 ölkədə aşkarlanıb.
AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Baş infeksionist bildirib ki, xarici ölkədən gələn şəxsdən 72 saat əvvəl götürülən test neqativ ola bilər: “Amma həmin şəxs ölkəyə daxil olduqdan sonra testin nəticəsi pozitiv çıxa bilər. Xəstəlik gizlilik dövründən çıxır və test nəticəsi pozitiv olur. Bəzən PZR testi qeyri-qanuni yollarla da əldə olunur”.