Bu gün səhər saatlarında Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisi, Zərifə Əliyeva küçəsində meyvə mağazasında kişi meyiti tapılıb.
AzerTimes APA-ya istinadla xəbər verir ki, meyiti tapılan şəxsin mağazanın sahibi, Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Paşa oğlu Şirəliyev olduğu müəyyən edilib.
İlkin məlumata görə, Ruslan Şirəliyev mağazanın qapısını bağlayıb və özünə qəsd edib.
Qeyd edək ki, Ruslan Şirəliyev Lənkəranda tanınmış iş adamlarından biri olub.