Azərbaycanda süni yağış yağdırılsın – Təklif

Azərbaycanda süni yağış yağdırılsın – Təklif

İsrailin Milli Su Qurumu – “Mekorot” şirkəti Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağış yağdırmaqla bağlı layihə təklif edib.

AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında şirkətin beynəlxalq əlaqələr şöbəsinin direktoru Dieqo Berqer bildirib.

Onun sözlərinə görə, layihə ötən həftə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə təqdim olunub:

“Təkliflərimiz arasında süni yağışın yağdırılması da var. Buludların içərisində aerozollar var. Gümüş yodid kristallarını aerozollara səpəndə onlar ağırlaşır, yağış yağır. Bunu ölkənin şimalında və cənubunda reallaşdırmaq olar. İsraildə 1972-ci ildən ötən ilə kimi bu üsuldan istifadə etmişik. İndi isə ona ehtiyacımız yoxdur. Bu layihə böyük vəsait tələb edir, amma gələcəkdə istifadəsi o qədər də xərc tələb etməyəcək. Sözügedən layihə ilə bağlı planlaşdırma düzgün aparılmalıdır. Radarlar olmalıdır, səpiləcək nöqtələr hesablanmalıdır”.

Teqlər: