Xəbər - Elçin Mehdiyev – Trend:
Hazırda Azərbaycanda süni nəfəs aparatlarının çatışmazlığı problemi yoxdur.
AzerTimes-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə açıqlamasında deyib.
V.Qasımov bildirib ki, ola bilsin, hansısa vaxtlarda hansısa məntəqədə belə bir çətinlik olub: “Amma indi belə bir problem yoxdur. Kifayət qədər, hətta işə salınmamış avadanlıqlarımız da var. Bunlara tələbat yaranmasını da istəməzdik, amma lazım olarsa, anbarda olan avadanlıqlardan istifadə oluna bilər”.