Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq üçün tədbirlər görüləcək.
AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin nizamnaməsində əksini tapıb.
Nizamnamədə qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində (bundan sonra – müvafiq sahə) tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.