Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?

“Aztelekom” MMC regionlarında əhalini etibarlı və sərfəli stasionar telefon xidməti ilə təmin edir. Stabil lokal telefon şəbəkəsi abunəçilərə şəhər və kənd daxilində limitsiz ünsiyyət qurmaq imkanı yaratdığından bu xidmətə təlabat kifayət qədər var. Ona görə də, stasionar telefon xidmətindən imtina etmək planlaşdırılmır.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd edilib ki, əksinə olaraq, şəbəkə dairəsinin genişləndirilməsi istiqamətində davamlı işlər aparılır.

Teqlər: