Bu gündən Azərbaycanda “COVID-19” xəstəliyi əleyhinə Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin tətbiqinə başlanılır.
AzerTimes-ın məlumatına görə, vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanılır.
Yaşı 18-dən yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.
Qeyd edək ki, Rusiya istehsalı olan “Sputnik V” vaksinləri Azərbaycana mayın 2-də gətirilib.
Martın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. Bundan sonra Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.