Azərbaycanda son üç ildə müavinət xərcləri 2.5, təqaüd xərcləri 4.4 dəfə artıb – Sahil Babayev

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda son üç ildə pensiya xərcləri 48 faiz, müavinət xərcləri 2.5 dəfə, təqaüd xərcləri isə 4.4 dəfə artıb.

AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müakirələri zamanı deyib.

O bildirib ki, dövlət sosial islahatlarını davam etdirəcək.


Sahil Babayevin sözlərinə görə, 2020-ci ildə məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 610 milyon manat vəsait ayrılıb. Bu vəsait 4.8 milyon nəfəri əhatə edib.

Teqlər: