Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq
sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslər arasında da ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 673 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 917
nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə
sayı 47 nəfərdir.
Ölkədə son sutka ərzində 1 966, hazırkı dövrədək isə 6 855 188
test aparılıb.