Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma
faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslərdən 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 792 685 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 933
nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə
sayı 42 nəfərdir.
Ölkədə son sutka ərzində 3 919, hazırkı dövrədək isə 6 862 217
test aparılıb.