Azərbaycanda son sutkada 4 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
4 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata
görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış
şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 712 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 957
nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə
sayı 45 nəfərdir.

Ölkədə son sutka ərzində 2 510, hazırkı dövrədək isə 6 872 506
test aparılıb.

Teqlər: