Azərbaycanda son sutkada 20 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
20 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata
görə, son sutkada COVID-19-dan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 496 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 782 646 nəfər müalicə olunaraq
sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 143 nəfərdir.

Ölkədə son sutka ərzində 2 820, hazırkı dövrədək isə 6 794 952
test aparılıb.

Teqlər: