Azərbaycanda son sutkada 192 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
192 yeni yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata
görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12
nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 790 767 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 779 417 nəfər müalicə olunaraq
sağalıb, 9 611 nəfər vəfat edib, aktiv xəstə sayı 1 739
nəfərdir.

Ölkədə son sutka ərzində 4 435, hazırkı dövrədək isə 6 632 882
test aparılıb.

Teqlər: