Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 333 yeni yoluxma faktı qeydə alınıb, 269 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 248 307 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 233 356 nəfər müalicə olunaraq sağalıb, 3 384 nəfər vəfat edib, aktiv xəstə sayı 11 567-dir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 517, bu günə qədər isə ümumilikdə 2 790 980 test icra olunub.