Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı azalıb.
Trend-n məlumatına görə, bu gün Yeni Azərbaycan Partiyasına (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiya YAP-a qoşulub.
Bununla da dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı 62-dən 56-ya düşüb.
YAP-a qoşulan partiyalar aşağıdakılardır:
1. Azərbaycan Xalq Demokratik Partiyası
2. Azərbaycan Kəndli Partiyası
3. Milli Qurtuluş Partiyası
4. Azərbaycan Yurddaş Partiyası
5. Azərbaycan Milli Hərəkat Partiyası
6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası