Azərbaycanda sığorta sektorunda yeniliklər planlaşdırılır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanda sığorta sektorunda yeniliklərin tətbiq olunması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

Onun sözlərinə görə, Azərbaycandakı avtomobillərin 90 faizdən çoxu avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanıb və həmin sığorta növü üzrə şirkətlərə çoxsaylı müraciətlər olunur.

“Biz bununla bağlı beynəlxalq təcrübəni öyrənirik və sığorta sektorunda yeniliklər planlaşdırırıq. Hazırda sığorta hadisəsi olarkən yalnız zərərçəkənə təzminat ödənilir. Biz nəzərdə tutmuşuq ki, hadisəni törədən də öz sığorta şirkətinə kömək üçün müraciət etsin”, – deyə o, bildirib.


Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: