Azərbaycanda seysmik stansiyaların sayı artırılacaq

Azərbaycanda yaxın vaxtlarda seysmik stansiyaların sayı 84-ə
çatacaq.

AzerTimes-ın məlumatına görə,
bunu Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) “Elm günü”nə
həsr olunmuş konfransda RSXM-nin “Seysmologiya” şöbəsinin müdiri,
geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli bildirib.

T.Məmmədli 1902-ci il Şamaxıda baş verən zəlzələdən sonra
Azərbaycanda instrumental seysmik müşahidələrə başlanıldığını
bildirən şöbə müdirinin sözlərinə görə, ötən əsrin əvvəllərində
istifadə olunan seysmik cihazların yazıları Tbilisidəki arxivdə
saxlanılır. Bu yazıların elmi baxımdan olduqca qiymətli olduğunu
deyən T.Məmmədli bildirib ki, zamanla bütün sahələrdə inkişaf
getdiyi kimi seysmik cihazların istehsalı sahəsində də modernləşmə
olub.

Onun sözlərinə görə, 25 noyabr 2000-ci ildə Bakıda baş verən
güclü zəlzələdən sonra ölkəmizə ən müasir seysmik stansiyalar
alınıb gətirilərək quraşdırılıb, artıq ölkəmizdə seysmik monitorinq
şəbəkəsinin genişləndiyini və hazırda 62 seysmik stansiya
məlumatları əsasında seysmik tədqiqatların aparıldığını deyib.

Teqlər: