Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat vasitəsindən istifadə edir?

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda nəqliyyatçılar 1081,9 milyon sərnişinə xidmət göstəriblər.

AzerTimes-ın məlumatına görə, sərnişinlərin 93 faizi avtomobil nəqliyyatı, 6,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1006,3 milyon sərnişin daşınıb və əvvəlki il in eyni dövrü ilə müqayisədə müvafiq olaraq yük daşınmasında 0,1 faiz artım, sərnişin daşınmasında isə 2,0 faiz azalma qeydə alınıb.


Avtomobil nəqliyyatı üzrə sərnişinlərin 92 faizi avtobus, 8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 4,1 faiz azalıb.

Teqlər: