Bu günə qədər sənaye zonalarının rezidentləri tərəfindən 6,4 milyard manat, o cümlədən, 2021-ci il üzrə 247,7 milyon manat investisiya yatırılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində yazıb.
Nazirin sözlərinə görə, sənaye zonalarında 9700-dən çox iş yeri yaradılıb.
“Mövcud layihələr üzrə əlavə olaraq 370 milyon manatdan çox investisiyanın yatırılması və 2400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – M.Cabbarov yazıb.