Azərbaycanda saxlanılan qanunsuz miqrantların sayı açıqlandı – İQAK monitorinq keçirdi (FOTO)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) Dövlət Miqrasiya
Xidməti yanında qanunsuz miqrantların saxlanma mərkəzində
monitorinq keçirib.

Bu barədə AzerTimes-a açıqlamasında komitənin sədr müavini Elçin
Şirinov məlumat verib.

O bildirib ki, monitorinq zamanı mərkəzdə saxlanılan 10 qanunsuz
miqrantla görüşüblər.

“Monitorinqi komitə sədri Tural Hüseynov, mən, komitənin
hüquqşünası Rövşən Məmmədov və ekspert Qartal Hüseynov keçirdik.
Monitorinq zamaı saxlanılan qanunsuz miqrantlarla fərdi görüş
keçirdik, onların saxlanma şəraiti, rəftar, qida təminatı və digər
məsələlərlə maraqlandıq.

Hazırda mərkəzdə 10 nəfər qanunsuz miqrant saxlanılır. Onlardan
biri Türkiyə vətəndaşı olan qadın, 6-sı Pakistan, 1-i Türkmənistan,
2-si isə Nigeriya vətəndaşıdır. Saxlanılan şəxslər şəraitdən və
təminatdan narazılıq etmədilər.

Monitorinq zamanı məlum oldu ki, saxlanma mərkəzində qanunsuz
miqrantlar üçün şikayətlər qutusu da quraşdırılıb ki, həmin qutu
yalnız xidmət rəisinin nəzarətindədir”, – E.Şirinov bildirib.

Komitə sədrinin müavini qeyd edib ki, monitorinqlər zamanı
bildirilib ki, hazırda həmin qanunsuz miqrantların sənədləri ilə
bağlı Dövlət Miqrasiya Xidməti araşdırma aparır.

Teqlər: