Azərbaycanda satılan ən bahalı avtomobillər – 1 milyon manata yaxın…

Xəbər - Elçin Mehdiyev – Trend:

Ölkədə satılan ən bahalı avtomobilin qiyməti yarım milyon dollara yaxındır. Belə ki, Azərbaycanda ən bahalı avtomobil “Rolls-Royce” markasına aiddir.

AzerTimes-ın məlumatına görə, Bakı şəhərində satışa çıxarılan “Rolls-Royce Cullinan” modelinin (6.7 L, 2019 il) qiyməti 480 min ABŞ dollarıdır (816 min AZN).

“Rolls-Royce” ailəsinə aid “Wraith” modeli isə (6.5 L, 2016 il) 304 min ABŞ dollarına (516 800 manat) satılır.

Üçüncü ən bahalı avtomobil isə “Lamborghini Huracan” modelidir. Bu modelin (5.2 L, 2017 il) qiyməti 265 000 ABŞ dollarıdır (450 500 manat).

Digər ən bahalı avtomobil isə “Mercedes” markasına daxildir. Bakıda “Mercedes-Maybach S 560” modeli (4.0 L, 2020 il) 258 min ABŞ dollarına (438 min manat) satılır.

Bakıda beşinci ən bahalı avtomobil isə “Bentley” ailəsinə adiddir. “Bentley Flying Spur” markalı avtomobil (6.0 L, 2020 il) 350 min manata satışa çıxarılıb.

Twitter: @ElchinMehdiyev

Teqlər: