Xəbər - Ləman Zeynalova – Trend:
2021-ci ildə Azərbaycanda “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi hesabına maye karbohidrogen hasilatının ötən illə müqayisədə 0,06 milyon barel/sutka artıması gözlənilir.
AzerTimes bu barədə OPEC-in hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, 2020-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı 2019-cu illə müqayisədə 0,06 milyon barel/sutka azalaraq 0,73 milyon barel/sutka təşkil edib:
“2021-ci ilin aprelində Azərbaycanda maye karbohidrogenlərin hasilatı mart ayı ilə müqayisədə -0,01 milyon barel artaraq 0,77 milyon barel/sutka təşkil edib. May ayında hasilatın 10 min barel/sutka artması gözlənilir. Ümumilikdə ikinci rüb ərzində hasilatın əvvəlki rüblə müqayisədə 0,01 milyon barel/sutka artaraq 0,78 milyon barel/sutkaya çatması proqnozlaşdırılır”.
OPEC-in hesablamalarına əsasən, 2021-ci ilin aprel və may aylarında qaz-kondensat dəniz yataqlarından kondensat hasilatı sutkada 0,18 milyon barel səviyyəsində qalıb.
(Tərcümə: Orxan Nəbiyev)