Rusiya Federasiyası Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycanda
Rusiya təyyarələrinin həbs edilməsi barəsində verilmiş açıqlama
həqiqəti əks etdirmir və təəccüb doğurur.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat
xidmətindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Azərbaycanda Rusiya Federasiyasına məxsus
təyyarələr üzərində həbs qoyulmayıb. Rusiyanın aidiyyəti
təşkilatlarını həqiqəti əks etdirməyən bu məlumatı təkzib etməyə
çağırırıq.