Azərbaycanda Rusiya avtomobillərinin qiyməti bahalaşacaq

Xəbər - Fərid Zöhrabov – Trend:

Rusiya və Ukrayna arasında gedən müharibə avtomobil bazarına da
təsirsiz ötüşməyəcək.

Bunu Trend
açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, AvtoVAZ şirkəti istehsal etdiyi avtomobillərin
qiymətini 15% artırıb.

“Şirkət bununla kifayətlənməyərək avtomobillərin 30%-ə qədər
bahalaşacağının anonsunu verdi. Azərbaycana satdıqları
avtomobillərin böyük əksəriyyəti AvtoVAZ şirkətinin istehsal etdiyi
avtomobillərdir. Bu baxımdan zavodun istehsal etdiyi avtomobillərin
ölkəmizdə bahalaşacağı istisna edilmir. Müharibədən sonra qiymətin
sabitləşməsi baş verə bilər”,-deyə E. Muradlı deyib.


Ekspert bildirib ki,yük avtomobillərinin də qiymətində artımlar
ola bilər. Əsasən kiçik həcmli mikroavtobuslar, yük avtomobilləri,
traktorların qiyməti bahalaşa bilər. Hal-hazırda Azərbaycanın
avtomobil bazarında durğunluqdur və artım hiss edilmir.

Twitter:@FaridZohrabov

Teqlər: