Azərbaycanda rus dilinin təşviqi heyranedici faktdır – Sergey Volodin

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanda rus dilinin təşviqi heyranedici faktdır.

Trend-in məlumatına görə, bunu bu gün rusiyalı siyasətçi Sergey Volodin Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Rusiya Dövlət Dumasının deputatlarının gənclərlə görüşü və dəyirmi masa zamanı deyib.

O bildirib ki, Azərbaycan və Rusiya adət və ənənələr baxımından fərli ölkələr olsa da, bu gün əksər Azərbaycan gəncləri rus dilində danışır:


“Bundan başqa, Azərbaycanda İslama, Rusiyada pravoslav xristianlığa etiqad olunsa da hər iki ölkənin gəncləri arasında ümumi cəhətlər çoxdur. Rusiyanın hər guşəsində azərbaycanlılar var və onlar rusca çox yaxşı danışır. Biz bunu dəstəkləməli və inkişaf etdirməliyik”, – S.Volodin qeyd edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: