Ağstafada 37 yaşlı kişi özünü güllələyərək öldürüb.
AzerTimes Unikal.org-a istinadən xəbər verir ki, rayonun Köçvəli kənd sakini 1985-ci il təvəllüdlü Elsəvər Şəmkiyev ov tüfəngi ilə özünə atəş açıb.
O, hadisə yerində dünyasını dəyişib. 37 yaşlı kişinin ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.