Xəbər - Maryana Əhmədova – Trend:
Azərbaycanda müxtəlif beynəlxalq təşkilatların, o cümlədən Qoşulmama Hərəkatının modeli simulyasiyası üzrə daimi ofisin yaradılması üzərində işlər aparılır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ADA Universitetində keçirilən Qoşulmama Hərəkatının Modeli Simulyasiyası konfransında deyib.
O bildirib ki, Fond Azərbaycanda gənclərin inkişafı üzrə müxtəlif təşkilatları dəstəkləməkdə davam edir.
“Hazırda biz XİN-in dəstəyi ilə azərbaycanlı gənclər üçün təcrübə proqramlarının artırılması üzərində işləyirik”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)