Azərbaycanda qızılca və suçiçəyi yayılıb? – RƏSMİ AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Son iki ildə Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, suçiçəyi xəstəliyi isə bir neçə müəssisədə (12 ümumtəhsil məktəbdə və 1 uşaq bağçasında) bir-iki hadisə olmaqla müşahidə edilib:

“Xəstəliyin xüsusi pandemiya şəraitində ağırlaşmaması üçün uşaq müəssisələrində uşaqların səhər qəbulu zamanı tibbi baxışların aparılması, sanitariya gigiyena qaydalarının və əks-epidemik rejimin gözlənilməsi vacibdir”.

Twitter: @cingizsafarli

Teqlər: