Azərbaycanda qiymət manipulyasiyasına nəzarət gücləndiriləcək

İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı
Nazirliyi və digər müvafiq qurumlar ölkədə sağlam rəqabət mühitinin
gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların
bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi
hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün
aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Nazirlər
Kabinetinə məlumat verəcək.

AzerTimes xəbər verir
ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan
Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə
bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda əksini
tapıb.

İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə minimum
istehlak səbətinin tərkibində ərzaq malları üzrə daxili bazarda
özünütəminat səviyyəsinin qorunmasına dair lazımi tədbirlər
görsün.

Teqlər: