Azərbaycanda “Qırmızı kitab”a düşəcək növlərin sayı artır – Nazir müavini

Xəbər - Samir Əli – Trend:

Təəssüf hissi ilə qeyd edirik ki, bu gün Azərbaycanda “Qırmızı kitab”a düşəcək növlərin sayı artır.

Trend- in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, bu vaxtadək nəşr edilən birinci “Qırmızı kitab”da 108 fauna və 140 flora növü qeyd edilib. İkinci kitabda isə 223 fauna və 300 flora növü yer alıb: “Üçüncü “Qırmızı kitab”a daxil ediləcək flora və fauna növlərinin sayının artması istisna deyil. Həm iqlim dəyişmələri, həm antropogen təsirlərin artması növlərin nadirləşməsinə, bəzi hallarda populyasiyasının yer üzündən silinməsinə səbəb olur. Azərbaycanda antropogen və iqlim təsirlərin güclü olması bəzi həssas növlərin kritik həddə yaxınlaşmasına səbəb olub. Yeni kitabda rəqəmlər dəyişəcək. Bəzi növlər var ki, tək-tək də olsa, fərdlərin sayı artıq kitabdan çıxarılıb, xüsusi siyahılara salınacaq”.


Nazir müavini vurğulayıb ki, yeni kitab daha müasir olacaq: “Qiymətləndirmə beynəlxalq meyarlara uyğun aparılacaq. Növlərin bəziləri rəssamlar tərəfindən çəkiləcək. Təəssüf hissi ilə qeyd edirik ki, bu gün Azərbaycanda “Qırmızı kitab”a düşəcək növlərin sayı artır. Nazirin əmri ilə komissiya yaradılıb. Bu gün də ilk iclas keçirildi və mühüm qərarlar alındı”.

Teqlər: