Azərbaycanda qida zəhərlənməsi hallarının sayı azalıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycanda qida zəhərlənməsi hallarının sayı azalıb.

Qida Təhlükəsizliyi Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, ölkədə həm qida zəhərlənməsi hallarının sayı, həm də zərərçəkənlərin sayı baxımından bu sahədə 2020-ci ildə müvafiq olaraq 9% və 6% azalma qeydə alınıb.

Azərbaycanda qida zəhərlənməsi hallarının sayı 2019-cu ildə 206, 2020-ci ildə 187 olub.

Qida zəhərlənməsinə məruz qalanların sayı 2019-cu ildə 583, 2020-ci ildə 546 olub.

Teqlər: