Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılacaq

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda Qida Təhlükəsizliyi Reyestri yaradılacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ “Qida təhlükəsizliyi
haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, qeydiyyata alınmış qida subyektləri və ya qida
obyektləri, habelə qida məhsulları ilə təmasda olan material və
məmulatların istehsalı və emalını həyata keçirən obyektlər Qida
Təhükəsizliyi Reyestrinə (bundan sonra – Reyestr) daxil ediləcək və
onlara Reyestrdən elektron və ya yazılı çıxarış veriləcək.

Reyestr Azərbaycan Respublikasının informasiya ehtiyatıdır.
Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil
etməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilir
və istifadəçilər üçün açıqdır.

Teqlər: