Azərbaycanda qida məhsulları üçün təhlükəli hallar müəyyən edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda qida məhsulları üçün təhlükəli hallar müəyyən
edilir.

AzerTimes-ın
məlumatına görə, bu barədə məsələ “Qida təhlükəsizliyi” haqqında
yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, təhlükəli qida və yem məhsullarının
ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi qadağandır.

Aşağıdakı hallarda qida məhsulları təhlükəli hesab edilir:

Qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki,
habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və
ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) dövrdə
zərərli olduğuna dair sübutlar olduqda;

Qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin
olması, habelə tərkibindəki maddələrin qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktlara uyğun olmaması səbəbindən
istehlak üçün yararsız olduqda;

Qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində
texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər
aşkarlandıqda.

Teqlər: