Azərbaycanda qəzet rəhbəri həbs olundu

Azərbaycanda qəzet rəhbəri həbs olundu

“Dəryaz” qəzetinin (deryaz.az) təsisçisi və baş redaktoru Habil Tağıyev həbs edilib.

AzerTimes Lent.az-a istinadla xəbər verir ki, Habil Tağıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

O, ayrı-ayrı şəxslər barəsində ifşaedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul tələb edib.

Habil Tağıyevdən 10-a yaxın şəxs şikayət edib.

Ona hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, “Dəryaz” qəzeti daha əvvəllər Mətbuat Şurasının “qara siyahısına” daxil edilib.

Teqlər: