Azərbaycanda qeyri neft-qaz sektorunda 2 faizdən çox artım qeydə alınıb

Xəbər - Zeyni Cəfərov – Trend:

2021-ci ilin I rübündə qeyri neft-qaz sektorunda 2,1 faiz artım qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

O qeyd edib ki, beynəlxalq təşkilatlar və reytinq agentlikləri Azərbaycan üzrə iqtisadi aktivliyə dair proqnozlarını yaxşılaşdırıblar:

“Ötən ildən başlanan antiböhran tədbirləri və beynəlxalq konyunkturun nisbətən yaxşılaşması iqtisadi aktivliyin tədricən bərpasında özünü göstərməkdədir. Real sektorun monitorinqinə görə martda biznes inam indeksi ticarət, xidmət sektorlarında və qeyri-neft sənayesində artım meyilli olmuşdur. Monitorinq tikintidə məşğulluğun yüksəlməyə meyilli olduğunu göstərir”.

Teqlər: